DÜNYA

Netanyahu dindirildi

İsrail polisi korrupsiya ittihamları ilə bağlı araşdırma çərçivəsində baş nazir Benyamin Netanyahunu dindirib.

Ədliyyə nazirliyi rəsmiləri, daha ətraflı məlumat vermədən, onun “biznesmenlərdən mənfəət qazanması” barədə sorğulandığını deyiblər.

Kanal15.tv BBC-yə istinadən bildirir ki, evinə təhdqiqatçıların gəlməsindən əvvəl, cənab Netanyahu günahsız olduğunu bir daha təkrarlayıb.

O media və siyasi rəqiblərinə “hələ bayram keçirməyin” deyərək xəbərdarlıq verib və əlavə edib ki, “heç nə olmayacaq, çünki heç nə yoxdur”.

Cənab Netanyahunun Qüdsdəki evində keçirilən soruğulanma təxminən üç saat çəkib Jerusalem Post qəzeti deyib.

Qəzet yazıb ki, baş nazir yerli və xarici biznesmenlərdən minlərlə ABŞ dolları dəyərində “düzgün olmayan hədiyyələri” qəbul etməkdə ittiham olunur.

Benyamin Netanyahu və həyat yoldaşı SaraBazar ertəsi günü cənab Netanyahu öz Likud partiyasının millət vəkillərinə müraciət edib: “Biz mediada deyilənləri eşidirik. Biz televiziya studiyalarında və muxalifətin koridorlarında bayram ab havasını görürük və eşidirik.”

“Mən onlara bayramı qeyd etməyi gözləmələrini demək istəyirəm. Tələsməyin… siz isti hava şarlarını doldurmağa davam edəcəksiniz və biz də İsrail dövlətinə rəhbərlik edəcəyik.”

Son aylar ardıcıl qalmaqallı hadisələrlə üzləşdiyinə görə, cənab Netanyahunun rəqibləri onun araşdırılmasını tələb ediblər, lakin ona qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.

Benyamin Netanyahuya qarşı iddialar

Noyaby 2016: İsrailin Almaniyadan yeni sualtı gəmilərini aldıqdan sonra aydın olur ki, cənab Netanyahunun şəxsi vəkili alman şirkətini də təmsil edir.

İyun 2016: Fransız firıldaqçı Arnaud Mimran cənab Netanyahunun 2009-cu ildə keçirilən seçki kampaniyasına yüzlərlə milyon avro verdiyini elan etdikdən sonra baş prokurorluq iddianı araşdırmağa başlayır. Cənab Netanyahu iddianı təkzib edir.

İyul 2015: İttihamlara görə cənab Netanyahu və həyat yoldaşı Sara hökumətin hesabına xüsusən onların üçün iş görən podratçının xidmətlərindən faydalanıblar – daha sonra bu ittihamlar geri götürülüb.

May 2013: Cənab Netayhanunun Britaniyaya uçacağı təyyarədə 127 000 ABŞ dolları dəyərində xüsusi yataq otağı sifariş etdiyinə görə dövlət vəsaitini israf etdiyi iddia edilir – şikayətlərdən sonra cənab Netanyahu sifarişi ləğv edib.

90-cı illərdə ilk dəfə baş nazir vəzifəsini icra etdikdən sonra, polis onun və yoldaşı Saraya verilən rəsmi hədiyyələri dövlətə vermək əvəzinə özləri üçün saxladıqlarına görə, onlara qaşı cinayət ittihamlarının tətbiq olunmasını tövsiyə edir – bu iddialara daha sonra geri götürülüb.

Şərh

Şərh

To Top