Cəmiyyət

“NAR operator mərkəzi” müştərilərini aldadır?

Kanal15.tv

Ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları vaxtaşırı yeni kampaniyalar və yeni xidmətlər təşkil etdiklərini bəyan etsələr də, abunəçilər davamlı olaraq onların fəaliyyətindən narazılıq edirlər.

İş o yerə çatır ki, bəziləri operatorlarını dəyişmək məcburiyyətində qalır. Çünki təklif olunan tarif və xidmətlərlə real vəziyyət arasında ziddiyyət mövcuddur.

Azərbaycanda 3 mobil rabitə operatorundan biri olan “Nar Mobile” isə abunəçiləri ilə açıq şəkildə oyun oynayır.

Bunun şahidi olmaq üçün sözü gedən operatorun müştərisi olmaq bəs edir.
Vətəndaşlar tarifi dəyişmək istəyəndə mobil operator tərəfindən tarifin pulsuz olduğu bildirdikləri halda müştərinin balansından 1.95 AZN çıxılır.

Kanal15.tv olaraq “777” Nar Mobile Müştəri Xidmətləri ilə əlaqə saxladıq, problem haqda məlumat verdik və Xidmətin əməkdaşından bu cavabı aldıq:
“Şikayətinizi qeydə aldıq, yaxın vaxtlarda əməkdaşlarımız sizinlə əlaqə saxlayacaqlar”. Təəssüflər olsun ki, çox gözləməli olduq.

Xatırladaq ki, “Azerfon” şirkəti fəaliyyətinə 2007-ci ilin 21 mart tarixində “Nar Mobile” ticarət nişanı ilə başlayıb. Şəbəkə Azərbaycanın 90%-ni əhatə edir. Hazırda abunəçilərinin sayı 3 milyondan çoxdur.

Şərh

Şərh

To Top