DÜNYA

Neft platforması yanır

ABŞ-ın Meksika Körfəzində yerləşən neft platformasında yanğın başlayıb. Sahil Mühafizə Xidməti yanğını söndürməyə çalışır.

 

Kanal15.tv “ABC” telekanalına istinadən xəbər verir ki, platforma Luiziana ştatı yaxınlığında yerləşir.

Telekanalın məlumatına görə, hadisə yerli vaxtla 02:30-da (Bakı vaxtı ilə 12:30) Grand Ayl adasından 128 kilometr aralıda yerləşən neft platformasında baş verib.

Yanğın zamanı platformada olan dörd nəfər təxliyə olunub. Yanğının söndürülməsinə 4 gəmi cəlb olunub.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Şərh

Şərh

To Top