DÜNYA

`Türkiyənin təhlükəsizliyi Naxçıvandan başlayır` – Ərdoğan

“Türkiyə Böyük Millət Məclisinin ölüm hökmü cəzasını bərpa etmək qərarı masa üzərinə gələcəyi təqdirdə müvafiq fərmanı imzalayacağam”.

Kanal15.tv Azvision.az-a istinadən  xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “Keçiören” metro stansiyasının açılışında bildirib.

“Bu günə kimi sınamadıqları yol, qaşımadıqları həssaslıq qalmayıb, amma uğurlu ola bilmədilər. Bu məsələdə (edam istəyirik şüarları əsasında) nə dediyimi yaxşı bilirsiniz. Parlament bunu müzakirə edir. Mənə gələcəyi təqdirdə bunu qəbul edəcəm. Bunu demişəm. Mənim bu haqda inancım budur. Qatili əfv etmə səlahiyyəti dövlətin deyil. Qatili əfv etmə səlahiyyəti varsa, qurbanın yaxınlarınındır. Dövlətə qarşı cinayətlər varsa burada dövlətin onları əfv etmə səlahiyyəti var. Cəmiyyətin bir qismini digərinə qarşı təhrik etmək istəyənlər yenə ortada qaldılar. Millətimiz hansı kökdən hansı inancdan olursa olsun onu yaxşı görür”.

Ərdoğan əlavə edib ki, Türkiyə terror təşkilatlarının birgə hücumu altındadır:

“Bu millət ər meydanından heç vaxt qaçmayıb. Bizi bir vaxtlar İŞİD-lə mübarizə aparmır – deyə günahlandıranların İŞİD-in üzərinə gedəndə daha irəli getməyin, 20 kilometri keçməyin demələri təsadüfi deyil. Suriyadakı, İraqdakı Ərəb, Türkmən qruplar onların oyunlarında asanlıqla fəda ediləcək qruplar ola bilər. Bizim üçün bu insanlar min illik qardaşlığımız olan insanlardır. Türkiyənin təhlükəsizliyi ölkə sərhədlərindən yox, Naxçıvandan, Batumidən, Balkanlardan və Hələbdən başlayır”.

Şərh

Şərh

To Top