Azərbaycan

Nəqliyyat Nazirliyinin Yevlax “Qoçuları” qeyri-qanuni reydlər keçirir.

​Bir müddətdir gözə dəyməyən Yevlax  Dövlət Avtomobil Nəqliyyat Xidməti müfəttişləri yenidən reydlərə başlayıblar.

Bu barədə Kanal15.tv-ə  taksi sürücüləri məlumat veriblər.
Məlumatlara görə, nazirliyinin əməkdaşları Yevlax rayonunun müxtəlif yerlərində reydlərə başlayıblar. Nəqliyyat müfəttişləri Yevlax rayonu “Xaldan körpüsü” adlanan ərazisində reydləri daha da intensivləşdiriblər.
Məlumata görə, buna səbəb adıçəkilən ərazidə yük avtomobillərin və taksi fəaliyyəti ilə məşğul olan insanların çoxluq təşkil etməsidir. Ənənəvi olaraq reydlər zamanı qarşıdurma və mübahisələr yaranıb. Sürücülərin bir çoxundan 5-10 AZN rüşvət alıb buraxırlar.
Kanal15.tv olaraq Yevlax Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi ilə əlaqə saxlamağa çalışdıq. Çox təəssüflər olsun ki, rəisi yerində tapa bilmədik.

Qeyd edək ki, ölkə başçısı Nəqliyyat Nazirliyinin bir sıra səlahiyyətlərinin əlindən alınması ilə bağlı sərəncam imzalamışdır. Nəqliyyat Nazirliyinin inzibati xətalara cavabdeh olduğu bəzi səlahiyyətləri Baş Dövlət Yol Polisinə, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə “fərqlənmə nişanı” verilməsi səlahiyyətləri isə Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılaraq ASAN Xidmətə verilmişdi.

Şərh

Şərh

To Top