DÜNYA

Türkiyə sərhədində güclü partlayış – İŞİD qətliam törətdi / YENİLƏNİB

Suriyanın Azez məntəqəsində baş verən partlayış zamanı həlak olanların sayı 60-ı ötüb.

Kanal15.tv ATV.az-a istinadən  məlumatına görə, məhkəmə binasını hədəfə alan hücum nəticəsində 53-dən çox dinc sakin yaralanıb. Yaralılardan 23-ü Türkiyədəki xəstəxanalara yerləşdirlib.

15:16

Türkiyə ilə sərhəd bölgədə yerləşən Suriyanın Azez məntəqəsində terror aktı törədilib.

Partlayıcı dolu avtomobilin havaya uçurulması zamanı 15-dən çox insan həlak olub. Xeyli sayda yaralı var.  İŞİD-in təşkil etdiyi hücumdan sonra Türkiyə hərbçiləri sərhəd bölgədə təhlükəsizlik tədbirlərini daha da gücləndirib.

Şərh

Şərh

To Top