Maraqlı

Analar nə üçün körpələrini SOLDA SAXLAYIR?

Anaların körpə uşaqları nə üçün sol tərəfdə saxlaması alimlərin araşdırma obyektinə çevrilib.

Kanal15.tv xəbər verir ki, Rusiya alimləri bunun səbəbini aydınlaşdırıb.

Sankt-Peterburq Dövlət Universitetinin bioloqları müəyyən ediblər ki, məməlilərin balalarının əksəriyyəti onu sol gözlə müşahidə edərək anadan sağda getməyə üstünlük verirlər. Aparılan tədqiqata görə, bu beyin asimmetriyasının bir təzahürüdür. Bu xüsusiyyətin əvvəl yalnız insana məxsus olduğu hesab edilirdi, lakin alimlər 5 il ərzində at, şimal maralı, qaranquş, ağ balıq, balina, kenquru və bir sıra heyvanlar üzərində araşdırma aparıblar.

Aparılan tədqiqat fərziyyəni təsdiq edib. Bu ənənə heç də bütün məməlilərə aid olmasa da, təkamül prosesinin nəticəsidir. Bu xüsusiyyət hazırda əsasən, insanda qalmaqdadır. Bunun izahı isə belədir: sağ beyin yarımkürəsi məlumatı soldan alanda əhəmiyyətli obrazları daha tez tanıyır və qavrayır.

İnsanın – ananın övladını sol tərəfdə saxlaması da məhz bu təkamül prosesinin nəticəsidir və səbəbi də bu cür izah edilir.

 

 

Şərh

Şərh

To Top