İdman

İlin ən yaxşılarının adları AÇIQLANIB

FİFA bu gün 2016-cı ilin ən yaxşılarının adlarını açıqlayıb.  Kanal15.tv xəbər verir ki, mükafatlandırma mərasimi İsveçrənin Sürix şəhərində keçirilib. Tədbir Bakı vaxtı ilə saat 21:30-da start götüb. Burada 7 mükafatın sahibi bəlli olub.

 

“Fan mükafatı”nın qalibi “Borussiya” (Dortmund) və “Liverpul” azarkeşləri elan olunublar.

 

“İlin ən yaxşı qadın məşqçisi” adını isə Silviya Neyd (Almaniya) qazanıb.

 

” Feyr-Pley mükafatı”nın sahibi də məlum olub. Bu ilki qalib Sudamerikana Kubokunun final oyununa çıxmayaraq kuboku təyyarə qəzasına uğramış “Şapekoense”yə güzəştə gedən Kolumbiya təmsilçisi “Atletiko Nasyonal” olub.

 

” Ən yaxşı kişi məşqçisi” nominasiyasında qalib ötən mövsüm İngiltərədə çempionluq qazanan Klaudio Ranyeri (“Lester”) olub. Bu mükafat uğrunda onun əsas rəqibi isə “Real Madrid” klubunun baş məşqçisi Zinəddin Zidan olub.

 

” Puşkaş mükafatı” 2016-cı ilin ən gözəl qolunun müəllifi isə Mohd Faiz Subri (“Penanq”) olub.

 

“Ən yaxşı qadın futbolçusu” mükafatını isə Çarli Lloyd (ABŞ, “Hyuston”) qazanıb.

 

“İlin ən yaxşı futzalçısı” isə  Falkao seçilib. Ona mükafatı Andrey Şevçenko təqdim edib

 

Əsas diqqət isə ” Ən yaxşı kişi futbolçusu” mükafatına yönəlib.. Mükafata namizədlərin hər üçü İspaniya La Liqasında çıxış edənlər olub. Bunlar “Real Madrid”dən Kriştianu Ronaldo, “Barselona”dan Lionel Messi və “Atletiko”dan Antuan Qrizmanndır.  “The Best” mükafatını isə Kriştianu Ronaldo (Portuqaliya, “Real”) qazanıb.

Şərh

Şərh

To Top