DÜNYA

Prezidentliyə namizəd Krımın ilhaqını tanıdı

“2014-cü ilin martında Ukraynanın Krım yarımadasının Rusiyaya birləşdirilməsi qanunsuz deyildi”.

Kanal15.tv Publika.az-a istinadən xəbər verir ki, bu haqda Fransanın “Milli Cəbhə” Partiyasının lideri, prezidentliyə namizəd Marin Le Pen deyib.

Krımın Rusiyanın ayrılmaz hissəsi olduğunu deyən siyasətçi qeyd edib ki, onun Krım məsələsi üzrə mövqeyi ABŞ və Avropa İttifaqının fikirləri ilə uyğun gəlmir. O, Krımda keçirilən referendumunun nəticələrini qəbul etdiyini vurğulayıb.

“Mən Krımın qanunsuz zəbtinə qətiyyən inanmıram. Referendum keçirilib və Krım sakinləri Rusiyaya qoşulmaq istəyirdilər. Mən referendumu şübhə altına qoymaq üçün əsaslar görmürəm”, – deyə partiya lideri bildirib.

Xatırladaq ki, Krım 2014-cü ilin martında keçirilən referendumun nəticələrinə əsasən Rusiyaya birləşdirilib. ABŞ və Avropa İttifaqın Krımın Rusiyaya birləşdirilməsinin qanunsuz olduğunu bildirirlər. Moskva isə hesab edir ki, Krım artıq heç bir müzakirə mövzusu deyil.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu 2017-ci il aprelin 23-də keçiriləcək.

Şərh

Şərh

To Top