Bölgələr

Azərbaycanda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, yanvarın 10-da Xızı rayonunun Giləzi qəsəbəsindəki avtomobil təmiri sexlərindən birində qəsəbə sakini Novruz Novruzov “DAF” markalı avtomobilin təkərini təmir edərkən qaldırıcı qurğu avtomobilin altından çıxıb və avtomobil N.Novruzovun üstünə düşüb. Nəticədə o, ölüb.

 

Digər bədbəxt hadisə Tovuz rayonunun Əhmədabad kəndində qeydə alınıb. Orada yaşayan Ramiz Səfərov kənd ərazisindəki transformatora müdaxilə edən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb

Şərh

Şərh

To Top