Bölgələr

Cəlilabadda 18 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub

Cəlilabad rayonunda 18 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub.

Kanal15-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Cəlilabad şəhər sakini Murad Muradov münaqişə zəminində həmyerlisi Emin Abdullayevə bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən E.Abdullayev orada ölüb.

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Muradov tutulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərh

Şərh

To Top