DÜNYA

Nazarbayevdən qlobal müharibə XƏBƏRDARLIĞI

“BMT Təhlükəsizlik Şurasında Qazaxıstanın səyləri qlobal müharibə təhlükəsinin qarşısının alınmasına yönəldiləcək”.

Kanal15.tv Publika.az-a istinadən xəbər verir ki, bunu təşkilata siyasi müraciətində Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.

Nazarbayev əmindir ki, sülhün əldə edilməsi və müharibələrdən imtina XXI əsrdə bəşəriyyətin sağ qalmasının əsas məsələsidir. Bundan başqa, Qazaxıstan BMT-nin sülhməramlılıq sisteminin təkmilləşdirilməsini dəstəkləyir və BMT missiyalarında özünün hərbi müşahidəçiləri və sülhməramlılarının sayını artırmaq istəyir.

“Biz Təhlükəsizlik Şurasında Yaxın Şərq, Əfqanıstan, Koreya yarımadası və MDB məkanındakı münaqişələrin nizamlanmasına töhfəni vermək niyyətindəyik”, – deyə prezidentin müraciətində deyilir.

Qeyd edək ki, Qazaxıstan 2017-2018-ci il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü vəzifəsini yerinə yetirəcək.

Şərh

Şərh

To Top