İdman

PFL FİFA-dan şikayət edəcək

İspaniya Peşəkar Futbol Liqası FİFA-nın dünya çempionatı iştirakçılarının sayının artırılması ilə bağlı qərarına qarşı çıxıb.

Kanal15.tv goal.az-a istinadən xəbər verir ki, İspaniya PFL-i ali futbol qurumunun yeni qərarı ilə razı deyil. İspanlar FİFA-dan şikayət etməyi planlaşdırırlar. Ölkənin Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas son qərarla bağlı Brüssel və Nyon məhkəmələrinə müraciət ünvanlayacaq. Tebas bir müddət öncə açıqlamasında FİFA-nın bu addımının daxili çempionatların maraqlarına uyğun gəlmədiyini bildirmişdi.

Qeyd edək ki, FİFA-nın dünən keçirilən iclasında DÇ-2026-dan etibarən mundial iştirakçılarının sayının 48-ə çatdırılmasına qərar verilib.

Şərh

Şərh

To Top