İdman

Rusiya millisi 1/4 finala yüksəldi

Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə II tura start verilib.

Kanal15.tv apasport.az-a istinadən xəbər verir ki, A və B qruplarında 4 görüş baş tutub.

Bu matçlardan sonra ilk 1/4 finalçı müəyyənləşib. Ardıcıl ikinci qələbəsini qazanan Rusiya millisi nəinki növbəti mərhələyə vəsiqəni, hətta 1-ci yeri təmin edib. Şimallılar bu dəfə Latviyanı 1 cavabsız qolla keçiblər.

Azərbaycan yığmalarındakı fəaliyyəti ilə tanıdığımız Nikolay Adamın baş məşqçisi olduğu Hindistan isə ilk qələbəsini qazanıb. Rusiyaya 0:8 hesablı yenilgidən sonra özünə gələn asiyalılar Belarusdan güclü olublar – 1:0.

A qrupunda isə intriqa son tura qalıb. Bolqarıstan Tacikistanı 1:0 hesabı ilə yenib, zirvəni ələ keçirsə də, hələ də qrupda qala bilər. Yunanıstanla matçda 0:4 hesablı darmadağına üzülən Estoniya isə ilk iki yerdən birini tutmaq şansını qoruyur.

II tur
10 yanvar

A qrupu
Bolqarıstan – Tacikistan – 1:0
Estoniya – Yunanıstan – 0:4

B qrupu

Rusiya – Latviya – 1:0

Hindistan – Belarus – 1:0

Şərh

Şərh

To Top