DÜNYA

“Allah dünyanı 7 günə yaradıb. Obamanın onu yox etmək üçün 2 günü daha var”

Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova ABŞ prezidenti Barak Obamanın vəzifə müddətinin bitməsinə 9 gün qalmış maraqlı açıqlamaları ilə diqqət çəkib.

Kanal15.tv “Milliyet”ə istinadən xəbər verir ki, yeni ABŞ hökuməti, Trampın rəhbərliyi altında 20 yanvar tarixindən sonra işlərə başlayacaq.

Zaxarova rəsmi “Facebook” hesabından bu şərhi verib: “Hər gün Vaşinqtondan gələn xəbərləri oxuyuram: Bu da Rusiyaya yeni sanksiyalar, Suriya xadimlərini arxadan vurmaq üçün mərmilərin verilməsi, xarici siyasətin bütün istiqamətlərində tamamilə məntiqsiz addımlarını… Allah dünyanı 7 gündə yaradıb. Obamanın dünyanı yox etmək üçün artıq 2 günü daha var”.

Şərh

Şərh

To Top