İdman

İlin ilk reytinqi – millimiz neçəncidir?

FİFA 2017-ci il üçün milli komandaların ilk reytinq cədvəlini açıqlayıb.

Kanal15.tv-nin FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, komandamız ötən ay olduğu kimi  mövqeyini qoruyub. Ehtiyatında 386 xal olan millimiz 90-ci pillədə qərarlaşıb.

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya (3-cü),  Şimali İrlandiya (32-ci),  Çexiya (43-cü), və San Marinonun da  (202-ci) mövqeyi dəyişməyib. Yalnız  Norveç bir pillə geriləyərək 84-cü yerə düşüb

Qeyd edək ki, siyahıya 1634 xalla Argentina millisi başçılıq edir. Braziliya 1544 xalla ikincidir.

Şərh

Şərh

To Top