DÜNYA

Rusiya səfirinin qatili adsız qəbiristanlıqda dəfn olunacaq

Ankarada Rusiya səfirini qətlə yetirmiş keçmiş polis işçisi Mövlud Mərt Altıntaş adsız qəbiristanlıqda dəfn olunacaq.

Kanal15.tv xəbər verir ki, bu barədə Trend “Anadolu” agentliyinə istinadən məlumat verir.

Məlumata görə, meyit morqdan 15 gün əzində təhvil alınmalı olduğu halda, hələ də orada qalır. Qeyd olunur ki, yaxınları onun meyitini qəbul etməkdən imtina ediblər. Bu səbəbdən Altıntaşın meyiti dəfn olunması üçün bələdiyyə nümayəndələrinə təqdim ediləcək.

Xatırladaq ki, yanvarın 10-da Rusiya səfiri Andrey Karlov sərgi zalında qətlə yetirilmişdi. Ona güllə atan Mərt Altıntaş isə zalda olan başqa polisin açdığı atəş nəticəsində zərərsizləşdirilmişdi.

Şərh

Şərh

To Top