Verilişlər

Cəlilabad rayonunda Beynəlxalq aksiya “Живой Пушкин” – Video

Beynəlxalq aksiya “Живой Пушкин”

“Əsərin qəhrəmanı ol” A.S.Puşkinin müxtəlif dillərə tərcümə edilmiş əsərlərinin ictimai oxunuşu

11 aprel 2017-ci il tarixdə saat 10:30 -da Cəlilabad MKS “Əsərin qəhrəmanı ol!” adlı şairin əsərlərinin ictimai oxunuşunu keçirdi.. İctimai oxunuş “Woodpecker” şirkətinin sponsorluğu ilə həyata keçirildi.Tədbir şairin yaradıcılığını əks etdirən bannerlər yapışdırılmış xüsusi avtomobillə, kitabxana əməkdaşlarının ifasında şairin əsərləri səsgücləndiricilər vasitəsilə səsləndirilərək şəhər əhalisinə çatdırıldı. Avtomobil kitabxanadan start götürərək şəhər daxili küçələrdə hərəkət edərək şəhər 2 və 1 nömrəli məktəblərin , son olaraq Cəlilabad rayon ADPU-nin həyətində dayanaraq müəllim və tələbə kollektivinin qarşısında davam etdirildi. Tədbiri giriş sözü ilə layihənin rəhbəri Cəlilabad MKS-nin Uşaq şöbəsinin müdiri Rəna Təhməzova açaraq aksiya barədə ətraflı məlumat verdi. Sonra A.S.Puşkin yaradıcılığı haqqında ADPU-nun Filologiya elmləri üzrə fəlsəfə doktoru,kafedra müdiri Yadulla Dadaşlı, Cəlilabad MKS-nin direktoru Elçin Hüseynov çıxış etdilər. Tədbirdə Universitetin tələbələri, 8 nömrəli məktəb-liseyin şagirdi və kitabxananın əməkdaşlarının ifasında şairin şerləri səsləndirildi.

İnformasiya Dəstəyi Kanal15.Tv

Şərh

Şərh

To Top