İqtisadi Zona

Dollar, rubl sabit qaldı, avro isə bahalaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın aprelin 17-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən Kanal15.tv verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi aprelin 14-ü ilə müqayisədə dəyişməyərək 1,7026 manat olub.

Avro isə manata nisbətən artıb. Avrozonanın vahid valyutası 1,8075 manatdan 1,8080 manatadək bahalaşıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi dəyişməyərək 0,0303 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,4645 manatdan 0,4680 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1300 manatdan 2,1344 manatadək artıb. Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 0,7118 manat olub.

Şərh

Şərh

To Top