Bölgələr

Cəlilabadda iş adamı intihar etdi

Cəlilabad rayonunda intihar hadisəsi qeydə alınıb.

Kanal15.Tv xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində baş verib. Kənd sakini 52 yaşlı Əsgərov Niyaz özünü həyətindəki yarımçıq tikilidə asaraq intihar edib.

Hələlik mərhumun intihar etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi açılıb.

Qeyd edək ki, mərhum Niyaz Əsgərov şair olub. Eyni zamanda, ticarətlə məşğul olan adam imiş.

Şərh

Şərh

To Top