Azərbaycan

Cəlilabadda qəbul səviyyəsi “sıfır” olan məktəblərin adları açıqlanıb – Rəsmi

Dövlət İmtahan Mərkəzi DİM 2016/2017-ci tədris ilində şəhər və rayonlar üzrə ali məktəblərə qəbul olmayan və ümumiyyətlə universitetlərə sənəd verməyən məktəblərin adlarını açıqlayıb. Məktəblərin siyahısında Cəlilabad rayonunun bəzi kənd məktəbləri də yer alıb.

Kanal15.tv “Report”a istinadən xəbər verir ki, siyahı DİM-in “Abituriyent” jurnalının 12 saylı buraxılışında öz əksini tapıb. Cəlilabad rayonunun Təklə kənd, Ləkin kənd, Cəlayir kənd, Cəngan kənd, Şorbaçı kənd, Boyxanlı kənd, Uzuntəpə kənd 2 saylı, Hacıməmmədli kənd, Musalı kənd, Xəlilabad kənd, Məşədilər kənd, Alaşar kənd və Şükürlü kənd tam orta məktəblərinin bir abituriyent belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Xəlilli kənd orta məktəbinin bir məzunu belə ali məktəbə qəbul üçün sənəd verməyib.

Şərh

Şərh

To Top