Bölgələr

Azərbaycanda bu dini kitabların satışı qadağan edildi

Gəncə şəhərində razılıq olmadan satışa çıxarılan dini ədəbiyyat aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Kanal15.Tv-yə verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi, Nizami (Gəncə) Rayon Polis İdarəsi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən Gəncə şəhərinin Cavadxan küçəsində şəhər sakini Kifayət Məhərrəmovaya məxsus mağazaya baxış keçirilib. Oradan xüsusi razılıq (lisenziya) olmadan satışa çıxarılan 58 ədəd dini təyinatlı ədəbiyyat və 16 ədəd CD aşkar edilərək götürülüb.

K. Məhərrəmova barəsində İnzibati Xətalar Məcəlləsinin 516-cı (dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması) maddəsi ilə protokol tərtib edilib.

Şərh

Şərh

To Top