Bölgələr

Masallıda yaşlı qadın qətlə yetirilib

Masallıda yaşlı qadın qətlə yetirilib. Kanal15.Tv “Report”a istinadən verdiyi xəbərə görə hadisə rayonun Ərkivan qəsəbəsində Abaslı məhəlləsində baş verib. Qonşuların bildirdiyinə görə evdə tək yaşayan Gülgəz İsrafilovanın evinə gecə saatlarında basqın olub.

Təxminən 70 yaşlarında olan qadının baş nahiyəsinə kərpic parçası ilə ağır zərbə endirilib. Nəticədə köməksiz qalan qadın dünyasını dəyişib.
Evə qarət məqsədilə basqın edildiyi deyilir. Cinayəti törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış qrupu yaradılıb. Hadisə yerinin müayinəsi aparılır.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

Şərh

Şərh

To Top