Bölgələr

Baş həkim işdən azad olundu

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən azad olunub.

Xəstəxananın baş həkimi Rövşən Pənahov bir neçə gündür işdən azad olunub.

Xəstəxanadan verilən məlumata görə, R. Pənahov vəzifəsindən öz ərizəsi əsasında  uzaqlaşdırılıb. Səbəb səhhətində yaranan problemlər olduğu bildirilir. Artıq xəstəxanaya yeni baş həkimin təyin olunduğu da bildirilir.

Qeyd edək  ki, Rövşən Pənahov bu vəzifəyə ötən ilin iyul ayında təyin olunmuşdu. O, bu təyinatadək Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Uşaq Poliklinikasının müdiri vəzifəsində çalışıb.

 

(Lent.az)

Şərh

Şərh

To Top