Bölgələr

Hüseyn Bağırov Cəlilabadda vətəndaşlarla görüşüb

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonlarında yaşayan vətəndaşlarla görüşüb. Nazirlikdən Kanal15.Tv-yə verilən məlumata görə, tabelikdəki qurumlarının rəhbərlərinin iştirak etdiyi qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.

 

Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Vətəndaşları narahat edən məsələlərin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Şərh

Şərh

To Top