Bölgələr

Ana ola bilməyən qadın həyatına son qoydu – Xaçmazda

Məlahət Qədimova özünü asıb

 Xaçmazda qadın özünü asıb. Hadisə bu gün  saat 13 radələrində  Qobuqırağı kəndində qeydə alınıb. Məlumata görə, 39 yaşlı Məlahət Gülbala qızı Qədimova ata evinin həyətindəki gilas ağacından özünü asıb. Xaçmazın hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən 39 yaşlı Məlahət Qədimova övladı  olmadığına görə ərindən ayrılıbmış və  onun bu səbəbdən öz həyatına son qoyması ehtimal edilir. Qadının  meyiti tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib.

Xaçmaz prokurorluğunda CM-nin 125-ci -özünü öldürmə maddəsilə cinayət işi açılıb. Bu, son 6  gündə Xaçmazda qeydə alınan 3-cü intihar hadisəsidir.

( İstiPress)

Şərh

Şərh

To Top