Masallıda ağır qəza: 4 yaralı

0
158

Masallı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Kanal15.Tv APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kalinovka kəndində qeydə alınıb. “VAZ-2106” və “Mercedes” markalı minik avtomaşınlarının toqquşması nəticəsində rayonun Qızalağac kənd sakinləri – 1997-ci il təvəllüdlü Bəhruz Muradov, 1999-cu il təvəllüdlü İbrahim Səmədov, 1977-ci il təvəllüdlü Yusif Cavadov və 1980-ci il təvəllüdlü Rüfət Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlardan biri əməliyyat  olunub. Vəziyyətlərinin orta ağır olduğu deyilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Şərh

Şərh