Qarabağ

8 min əfqan döyüşçü Qarabağa gətirildi – Ermənistanın MÜHARİBƏ HAZIRLIĞI

Ermənistan 8 min əfqan muzdlu əsgəri 5 illik müqavilə ilə Qarabağa gətirib.

Bunu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

Onun sözlərinə görə, əfqan muzdluları Qarabağda təmas xəttinə yerləşdirilib: “Ötən ilin “aprel müharibəsi”ndə məğlub olan Ermənistanda valideynlər övladlarını Qarabağda əsgərliyə göndərməmək qərarına gəldilər. Ermənistan rəhbərliyi bu problemi həll etmək üçün pul qarşılığında 8 min əfqan muzdlu döyüşçüsünü ölkəyə gətirərək, təlim keçdi. Muzdlu əsgərlərə 5 il ərzində 3 min dollar maaş veriləcək. Sonda Ermənistan vətəndaşlığı və Avropaya viza sözü verilib”.

G.Göksel qeyd edib ki, əfqan döyüşçülər İran vasitəsilə Ermənistana gətirilib.

“8 min əfqanın Ermənistana gətirildiyini İran vətəndaşlarının sosial şəbəkələrdə yaydıqları məlumatlardan öyrəndik”, – o bildirib.

ASİMDER rəhbəri əlavə edib ki, Ermənistan əfqan döyüşçülərdən Türkiyəyə qarşı da istifadə edə bilər. (Publika.az)

Şərh

Şərh

To Top