Bölgələr

Masallıda 11 yaşlı uşağı maşın vurdu

Masallı rayonunda 11 yaşlı oğlanı avtomobil vurub.

Kanal15.Tv APA-ya istinadən xəbər verir ki, hadisə rayonun “Köhnə bazar” deyilən ərazisində qeydə alınıb. Rayonun Ərəb kənd sakini, 2006-cı il təvəllüdlü Rəmzi Xanoğlan oğlu Fətullayev yolu keçmək istəyərkən avtomobillə vurulub.

Xəsarət alan uşaq sürücünün köməkliyi ilə  Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Müxtəlif dərəcəli bədən xəsarəti alan uşağın vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Fakt araşdırılır.

Şərh

Şərh

To Top