Maraqlı

Müğənninin oğlunu soydular – oğruya 12 il həbs tələbi

Müğənni Sibel Canın oğlu Engincan Ural soyulub.

Kanal15.Tv axşam.az-a istinadən bildirir ki, ifaçının xaricdə təhsil alan oğlu bu yaxınlarda vətəninə qayıdıb. Engincan qaldığı oteldə xoşagəlməz hadisə ilə üzləşib.

Belə ki, müğənninin oğlu otel otağına qoyduğu qiymətli əşyalarını daha sonra yerində tapmayıb. Mühafizəyə müraciət edən Ural kamera görüntülərini izlədib. Məlum olub ki, ona məxsus əşyaları qonşu otaqdakı müştərilərdən biri götürüb. Sait M. adlı müştəri polisin sorğu-sualı zamanı günahını boynuna alıb.

“Sərxoş idim. Yanlışlıqla başqa otağa girmişəm. Bahalı əşyaları öz otağıma apardım. Çox peşmanam” deyən oğrunun 12 ilədək həbsi tələb edilib.

Şərh

Şərh

To Top