İdman

Arda Turan jurnalistə hücum etdi

Türk futbolçu Arda Turan təyyarədə jurnalist Bilal Meşeyə hücum edib.

Kanal15.Tv xəbər verir ki, Makedoniya ilə oyundan qayıdan milli komandanın təyyarəsində 2016-cı ildə Bilal Meşenin yazdığı yazı yenidən gündəmə gəlib. Arda Turan Türkiyə Futbol Federasiyasının rəhbəri Yıldırım Dəmirörən və milli komandanın baş məşqçisi Fatih Terimin ünvanına müxtəlif ittihamlar  yağdırıb. “Söylə Bilal, sən ordaydın? Bizimlə birlikdə idin mükafat davası aparanda? Biz kimdən mükafat istəmişik? Onlarda (Yıldırım Dəmirörən və Fatih Terim) burdadı. İndi soruşuram, kim yazdırdı bunları sənə” deyən Arda Bilal Meşenin boğazından yapışaraq onu vurmaq istəyib. Lakin təyyarədəki futbolçular və media nümayəndələri Ardaya mane ola biliblər.

Qeyd edək ki, mübahisənin səbəbi Avropa çempionatında Arda Turan və digər milli üzvlərinin rəhbərlikdən mükafat tələb etməsi ilə bağlı iddialar olub.

(Fanat.Az)

Şərh

Şərh

To Top