DÜNYA

“Qarabağa gələn 8 min əfqan əsgəri” xəbəri YALAN ÇIXDI – POLKOVNİKDƏN SƏRT AÇIQLAMA

Ermənistanın 8 min əfqan muzdlu əsgəri 5 illik müqavilə ilə Qarabağa gətirməsi xəbəri yalan çıxıb.

Kanal15.Tv xəbər verir ki, bu barədə Metbuat.az-a açıqlama verən ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, bu, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti dezinformasiya müharibəsidir:

“8 min əfqan muzdlu əsgərin Ermənistana gətirilməsi həqiqətə uyğun deyil. Bu, əsgərlərimizdə psixoloji gərginlik yaratmaq üçün dövriyyəyə buraxılmış məlumatdır. Bu məlumatın heç bir əsası yoxdur. Ermənistan ordusunda muzudlu var, lakin qeyd edilən sayda deyil. Üstəlik bu da ermənilərin ordan-burdan tutduğu muzdlulardır. Hansılar ki, ön xətdə əsgər çatışmazlığını ört-basdır etmək üçün Ermənistan tərəfindən atılan addımdır. Azərbaycan tərəfi hər şeyi ciddi nazətdə saxlayır. Yəni, biz orada kimlərin olduğunu bilirik. Əvvəllər ermənilər Livan, Suriyadan gətirilmiş qüvvələrdən istifadə edirdilər. Sonradan onlar ermənilər tərəfindən aldadıldıqlarını görüb, öz ölkələrinə qayıtdılar”.

Şərh

Şərh

To Top