İqtisadi Zona

Son Dəqiqə: “Dollar ucuzlaşacaq, manat 6,5% bahalaşacaq”

Hollandiyanın ING bankı 2017 və 2018-ci illər üzrə manatın məzənnəsinə dair proqnozunu açıqlayıb.

“Interfax” agentliyi xəbər verir ki, bank 2017-ci ildə manatın dollara nisbətən orta məzənnəsinin 1,7, gələn il isə 1,59 səviyyəsində formalaşacağını proqnozlaşdırır. Bankirlərin proqnozuna əsasən, bu illə müqayisədə gələn il manat dollara nisbətən orta hesabla 6,47% möhkəmlənəcək.

ING 2016-cı ildə 1 dolların orta məzənnəsinin 1,63 manat olacağını təxmin edib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bu günə USD/AZN rəsmi məzənnəsini 1,7021 səviyyəsində müəyyən edib.apa

Şərh

Şərh

To Top