Azərbaycan

​“Qarabağda müharibə hər an başalaya bilər” – POLKOVNİKDƏN AÇIQLAMA

Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ məsələsində Azərbaycan vəErmənistanın müharibəyə hər zamankından daha olduğunu bildirən hesabatından sonra Rusiyanın “MİQ-29” hərbi təyyarələrini Ermənistana göndərmə xəbəri beynəlxalq qrup tərəfindən yayılan xəbərdarlığın labüdlüyünü göstərir.

Kanal15.Tv xəbər verir ki, bu barədə Metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Beynəlxalq Böhran Qrupu olmadan da bilinir ki, Ermənistan torpaqları işğal altında saxlayırsa, Azərbaycan bir gün məcbur olub, öz torpaqlarını azad edəcək:

“Müharibə riski hər an labüddür. Nə qədər ki, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunmayıb, müharibə hər an başalaya bilər. Məsələnin məğzi bundan ibarətdir. Ermənistan heç bir beynəlxalq hüquqa hörmətlə yanaşmır və belə gərginlik yaradır. Onlar üçün cəbhədə kimin ölməsinin heç bir fərqi yoxdur. Təki öz hakimiyyətlərinin ömrünü uzatsınlar. Ermənistan siyasi-hərbi hakimiyyətinin mərkəzində məhz bu addım dayanır”.

Şərh

Şərh

To Top