Maraqlı

Alimlərdən yeni iddia — İnək südü içən uşaqlar daha tez boy atır

Kanadalı alimlər yeni iddia ilə çıxış ediblər.

Məlumata görə, alimlərin araşdırmasına əsasən, inək südü içən uşaqlar bir qayda olaraq, qidada digər heyvanların südünü və anoloji bitki içkiləri istifadə edən uşaqlara nisbətən daha hündür olurlar.
Alimlər 24 aylıqdan 72 aya qədər 5034 körpə üzərində tədqiqat apararaq bu qənaətə gəliblər.
Sorğuda iştirak edənlərin 13 %-i hər gün inaək südü, 13 %-i digər heyvanların südünü, 5 %-i isə hər iki süddən istifadə ediblər.
Alimlərin rəyinə əsasən, inək südü içən uşaqlar digərlərindən 0.4 sm hündürdür. Alimlər müəyyən ediblər ki, hər gün 1 fincan inək südü içmək digərlərinə nisbətən 0.2 sm boy artımına səbəb olur.
İnək südünün tərkibində zülalın miqdarı çoxdur. İki fincan inək südündə 16 qram zülal var. Bu isə 3 yaşlı uşağın sutkalıq zülal ehtiyacının 100 faiz təmin olunması deməkdir.
(Ölkə.az)

Şərh

Şərh

To Top