İqtisadi Zona

Azərbaycana gələn turistlərin sayı açıqlandı

Azərbaycana bu il ərzində gələn turistlərin sayı açıqlanıb.

Kanal15.Tv Trend-ə istinadən xəbər verir ki, Milli Turizm Təbliğat Bürosunun getmə turizm sahəsində ixtisaslaşmış tur operator və turizm şirkətləri ilə görüşdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, keçən ilin may ayında Azərbaycana 174 min nəfər, bu ilin mayında isə 211 min turist səfər edib:

“Bu, kifayət qədər böyük rəqəmdir və artım böyükdür. Təxminən 30 faiz artım müşahidə edilib”.

Nazir deyib ki, ümumilikfə ötən ilin beş ayında ölkəyə 768 min turist gəlmişdisə, bu il onların sayı 956 minə çatıb:

“Bu, 200 mindən artıq turist artımı deməkdir. Bu, artımlar viza rejiminin sadələşdirilməsi ilə birbaşa bağlıdır. Bu gün biz 90-a qədər ölkəyə qapımızı açmışıq”.

Şərh

Şərh

To Top