İdman

Bakı Çempionlar Liqasının final oyununa ev sahibliyi edə bilər

UEFA 2019-cu ildə Avropa Kuboklarının final matçlarının keçirilməsinə ev sahibliyi etməyə iddialı şəhərlərin və stadionların adlarını açıqlayıb.
2018/2019-cu illər mövsümünün Çempionlar Liqasının finalı Bakıdakı Olimpiya Stadionunda və ya İspaniyanın “Atletiko” (Madrid) klubunun yeni arenası olan “Vanda Metropolitano”da keçirilə bilər.
Avropa Liqasının final matçına Bakı (Olimpiya Stadionu), Sevilya (“Ramon Sançes Pisxuan”) və İstanbul (“Vodafon”, “Beşiktaş”) var.
Avropa Superkuboku uğrunda matçına Tirana, Tuluza, Astana, Xayfa, Belfast, Qdansk və İstanbul ev sahibliyi etmək istəyirlər.
(Baku.ws)

Şərh

Şərh

To Top