İdman

“Barselona” 5 futbolçusunu transferə çıxartdı – SON SİYAHI

“Barselona”nın bu yay göndərəcəyi futbolçuların son siyahısı bəllidir.

Kanal15.Tv fanat.az-a istinadən xəbər verir ki, kataloniyalılar 5 oyunçu ilə vidalaşmaqda qərarlıdır.

Rəhbərlik yeni çalışdırıcı Ernesto Valverdenin istəmədiyi Arda Turan kimi, Rafinyanı da 30 milyon avroya satmağa hazırdır.

Müdafiəçi Ceremi Matyu və ötən mövsüm icarə əsasında başqa klublarda çıxış edən yarımmüdafiəçi Kristian Telyo ilə hücumçu Munir El Haddadi də transferə çıxarılıb.

Şərh

Şərh

To Top