İdman

Çin futbol klubu Ronalduya 200 milyon avro təklif etdi

“Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldu müxtəlif futbol klublarının maraq dairəsindədir.

Kanal15.Tv xəbər verir ki, Çinin bir futbol klubu Ronaldu üçün 200 milyon avro təklif edib. Portuqaliya yığmasının hücumçusuna isə 120 milyon avro maaş təklif edilib. Əgər transfer müqaviləsi baş tutsa, bu rekord maaş olacaq. Bu günə qədər heç bir futbolçuya bu məbləğ təklif edilməyib.

Amma Çin klubu adının açıqlanmasını istəmir. Bununla yanaşı klub rəhbərliyi növbəti həftə Madridə səfər edərək “Real Madrid” klubunun prezidenti Florentino Pereslə görüşərək danışıqlar aparmaq niyyətindədir.

Qeyd edək ki, bir müddət əvvəl  “PSJ”, “Monako” və “Mançester Yunayted” klubları da Ronaldu üçün 180 milyon avro təklif etmişdilər.

(ölkə.az)

Şərh

Şərh

To Top