İdman

“Gözəl oyun üçün meydana çıxacağıq”

Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynov 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya oyunu ilə bağlı fikirlərini bölüşüb.

Kanal15.Tv  goal.az-a istinadən xəbər verir ki, “Qəbələ” komandasının yarımmüdafiəçisi uğurlu nəticə qazanmağa çalışacaqlarını bildirib: “Şimali İrlandiyanın üstün cəhətləri var, onları təhlil etmişik. Həmçinin gözəl futbol nümayiş etdirmək üçün meydana çıxacağıq”.

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya oyunu iyunun 10-da saat 20:00-da başlayacaq.

Şərh

Şərh

To Top