İdman

Millimiz son anda uduzdu

DÇ-2018-in seçmə mərhələsində 6-cı turun oyunları keçirilib.
Milli komandamız da bu gün növbəti matçına çıxıb.

Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Bakıda Şimali İrlandiya millisini qəbul edib. Bu görüşdə millimiz minimal hesabla məğlub olub – 0:1.  oyunda yeganə qolu Dallas, 90+2 ci dəqiqədə vurub.

Bu qələbə ilə Şimali İrlandiya xalını 13-ə yüksəldib və 2-ci pillədəki yerini möhkəmləndirib. Millimiz isə 7 xalla 4-cü pillədə qalıb.

Qeyd edək ki, millimiz Belfastdakı  oyunda da Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzub.

N Komandalar O Q H M T-F X
1 Almaniya 5 5 0 0 20-1 15
2 Şimali İrlandiya 6 4 1 1 11-2 13
3 Çexiya 5 2 2 1 8-4 8
4 Azərbaycan 6 2 1 3 3-9 7
5 Norveç 5 1 0 4 5-9 3
6 San-Marino 5 0 0 5 1-23 0

Şərh

Şərh

To Top