İdman

Sneyder tarixə düşdü

Hollandiya yığmasının futbolçusu Uesli Sneyder millisinin tarixinə düşüb.

Kanal15.Tv apasport.az-a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “narıncılar”ın heyətində ən çox matç keçirən oyunçu adına yiyələnib.

O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Lüksemburqla görüşdə 131-ci dəfə əsas komandanın şərəfini qoruyub. Bu, onun rekord vurması ilə nəticələnib. Sneyder Edvin van der Sarı geridə qoymaqla, ən çox oyun keçirənlərin siyahısında birinci yerə yüksəlib.

Yarımmüdafiəçi millisinin heyətində ilk matçını 2003-cü ildə keçirib. O, aprelin 30-da Portuqaliya ilə 0:0 hesabı ilə bitən yoxlama görüşündə debüt edib.

Hollandiya millisində ən çox oyun keçirənlər
131 – Uesli Sneyder
130 – Edvin van der Sar
112 – Frank de Bur
109 – Rafael van der Vaart
106 – Covanni van Bronkhorst
104 – Dirk Kayt
101 – Fillip Koku
101 – Robin van Persi
92 – Aryen Robben
87 – Con Heytinqa
87 – Klarens Zeedorf

Qeyd edək ki, hollandların Lüksemburqa 5:0 hesabı ilə qalib gəldikləri görüşdə Sneyder ikinci qolun müəllifidir.

Şərh

Şərh

To Top