İqtisadi Zona

Ətin bahalaşma səbəbi bəlli oldu

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 29,447 mln. ABŞ dolları dəyərində 19 965 ton ət idxal olunub.

Yəni idxal olunan 1 kq ətin orta qiyməti 1,48 dollar təşkil edib.

“Kanal15.Tv” Report-a istinadən xəbər verir ki, 2016-cı ilin müvafiq dövründə isə ölkəyə 10,106 mln. dollar dəyərində 8 132 ton ət idxalı həyata keçirilib. Bu isə həmin müddətdə 1 kq üçün orta qiymətin 1,24 dollar olması deməkdir. Beləliklə, idxal ətin qiymətində illik 19,4% artım müşahidə olunub.

Qeyd edək ki, 2017-ci ilin ilk beş ayında ölkəyə cəmi idxalın 1,05%-ni ət təşkil edib.

Şərh

Şərh

To Top