Maraqlı

Məhəmməd peyğəmbəri oynayan azərbaycanlı uşağın görüntüsü yayıldı – FOTO

İran rejissoru Məcid Məcidinin məşhur “Məhəmməd: Allahın elçisi” filmində İslam peyğəmbərinin 10-12 yaşlarını canlandıran uşağın fotosu yayılıb.

Kanal15.Tv-nin kulis.az-a istinadən verdiyi xəbərə görə, Ümid Heydəri adlı bu uşaq əslən azərbaycanlıdır.

Xatıraladaq ki, “Məhəmməd: Allahın elçisi” filmi peyğəmbərin görünüb-görünməməsi mövzusunda xeyli söz-söhbətə səbəb olmuş, bəzi radikal dini qanadlar filmin kinoteatrlarda nümayişinə etiraz etmişdilər.

Buna baxmayaraq film bir sıra ölkələrdə uğurla nümayiş olunmuş, iyunun 6-da Türkiyənin ATV kanalında yayımlanmışdı.

 

Şərh

Şərh

To Top