DÜNYA

Dünyada ən çox gombul harada yaşayır? – SİYAHI

Dünyada 2 milyarddan çox insan artıq çəki və piylənmədən əziyyət çəkir.

Piylənmədən və artıq çəkidən əziyyət çəkənlər arasında liderlik ABŞ sakinlərinə məxsusdur. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə planet əhalisinin üçdə biri piylənmədən əziyyət çəkir. Böyük Britaniya və Yaxın Şərq ölkələri artıq çəkisi olan insanların yarısına sahibdir. Proqnozlara əsasən 2025-ci ildə Yerdə artıq çəkidən əziyyət çəkənlərin sayı 2.7 milyard olacaq.

Alimlər müəyyən ediblər ki, piylənmə və onu müşayiət edən xəstəliklər insan ömrünə və tez dünyadan köçməsinə təsir edir.

Alimlər həm də son 45 il ərzində piylənmə epidemiyasının 195 ölkəyə yayılmasını incələyiblər və məlum olub ki, bu yayılma 300-dən çox xəstəliyə səbəb olub.

2015-ci ilə qədər dünyada 2.2 milyard insan artıq çəkidən əziyyət çəkib. Bu gün onları sayı durmadan artır. Bundan başqa 100 milyon uşaq və 600 milyon yaşlı insan piylənmədən əziyyət çəkir. 1980-ci ildən bu yana 70 ölkədə bu insanların sayı iki dəfə artıb. Hər il 4 milyon insan çəki və onun yaratdığı problem səbəbindən dünyasını dəyişir.

ABŞ gəncləri və uşaqlarının 13, 18 yaşdan yuxarıların isə 24 faizi piylənmədən əziyyət çəkir. Misirdə isə artıq çəkinin rekord göstəricisi qeydə alınıb.

Əhalinin üçdə biri piylənmədən əziyyət çəkir.

Çin və Hindistanda isə kök insanlar cəmi 3-5 faiz təşkil edir. Ən arıq ölkələr isə Cənubi və Cənubi-şərqi Asiya ölkələridir.

Banqladeş və Vyetnam əhalisinin cəmi 1 faizi piylənmədən əziyyət çəkir.

Mənbə: Ölkə.az

Şərh

Şərh

To Top