Cəmiyyət

Gün ərzində gümrah qalmağın 7 yolu (FOTOLAR)

Gün ərzində gümrah olmaq insanlarının özünün yaxşı hiss etməyinə və iş fəaliyyətinin yüksək olmasına gətirib çıxarır.

“Kanal15.Tv” gümrah olmağın 7 yolunu təqdim edir:

Səhər oyanmağa çalışmaq

Gözlərinizi açandan sonra pərdəni açmaq, günəş işığının otağa və gözlərinizə düşməsi daha asan oyanmağınıza səbəb olacaq.

Nahar etmək

Səhər qidalanmaq olduqca vacibdir. Yaxşı qidalanın, əgər vaxtınız yoxdursa banan, süd və bir qədər quru meyvə yeyin.

Yerimək

Nahardan sonra edilən yarım saatlıq gəzinti həm beyninizi, həm bədəninizin yuxudan ayılmasına kömək edəcək və özünüzü daha yaxşı hiss edəcəksiniz.

Quru meyvələr yemək

Günorta yeməyinə qədər enerjili və gümrah qalmağın yollarından biri də quru meyvələrdir. Olduqca faydalı olan bu növ qidalar beynin fəaliyyətinin aktiv qalmasına kömək edir.

Əsnəmək

Masa başında fasilələrlə əsnəyə və ya yüngül idman hərəkətləri edərək yorğunluğunuzu aradan qaldıra bilərsiniz.

Zülalla zəngin qidalar yemək

Günorta yeməyində qril edilmiş, qaynadılmış ət və salat yemək enerjili qalmağa kömək edəcək. Zülal insanı uzun müddət aktiv saxlayacaq, tərəvəzlər isə həzmə kömək edəcək.

Yüngül axşam yeməyi yemək

Axşam saatlarında yüngül yemək, qatığa üstünlük vermək rahat yatmağınıza kömək edəcək.

 

(Qaynarinfo)

Şərh

Şərh

To Top