Qarabağ

Raketlərimiz düşmənin hərbi obyektlərinə TUŞLANDI – Ermənistan ŞOKDA

BMT-nin adi silahlar üzrə registrində 2016-cı ildə Rusiyanın müxtəlif ölkələrə satdığı silahlar qeyd olunub.

Kanal15.Tv publika.az-a istinadən xəbər verir ki, bu ölkələr arasında Azərbaycan və Ermənistan da var.

Registrində göstərilir ki, Rusiya ötən il Azərbaycana böyük kalibrli artilleriyanın 6 vahidini çatdırıb. Ermənistana isə daşına bilən zenit-raket kompleksinin 300 vahidi verilib.

Rusiyanın Azərbaycana silah satması Ermənistanda yeni narazılığa səbəb olub.

Birinci diversiya-kəşfiyyat dəstəsinin komandiri Vova Vardanov bildirib ki, Azərbaycanın istənilən silahı alması Ermənistan üçün ciddi siqnaldır: “Azərbaycanın arsenalındakı bu silahlar Ermənistanın hərbi hissələrini, yaxud strateji obyektlərini vura bilər. Biz ilk növbədə bunu öyrənməliyik ki, hədəfdə hansı obyektlər var. Çünki böyük kalibrli silahlar böyük zərərin vurulması üçün nəzərdə tutulur”.

O, bunu Rusiyanın Ermənistana növbəti xəyanəti kimi qiymətləndirib.

Erməni diversant qeyd edib ki, Ermənistan iqtisadi vəziyyətinə baxmayaraq, yeni silahlar əldə etməlidir.

Şərh

Şərh

To Top