İdman

“Barselona”da yeni futbolçu

“Barselona” klubun B komandasında top qovan müdafiəçi Marlon Santosla yeni müqavilə bağlayıb.

Kanal15.Tv apasport.az-a istinadən xəbər verir ki,klubdan edilən açıqlamada 21 yaşlı futbolçuyla 3 illik anlaşma əldə olunduğu qeyd edilib.

Son mövsümdə “Barselona”nın B komandasında 25 oyuna çıxan braziliyalı futbolçu, əsas komandada da oynamaq şansı qazanıb.

Belə ki, ötən il katalonların baş məşqçisi Luis Enrike Santosa 3 matçda şans vermiş, gənc futbolçu sərgilədiyi oyunla diqqət mərkəzinə düşmüşdü.

Şərh

Şərh

To Top