İdman

Beşiktaş “Real”ın 60 milyonluq ulduzunu heyətinə qatır?

“Beşiktaş” “Real”ın ulduzu Kərim Benzemanı heyətinə qatır. Kanal15.Tv xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bir neçə gün əvvəl Fatih bələdiyyəsinin dəvəti ilə Türkiyədə iftara qatılan fransalı futbolçu “Beşiktaş”ın prezidenti Fikret Ormanla görüşüb. İddiaya görə, gecə saatlarında klubun bazasında baş tutan görüşdə bəzi müzakirələr aparılıb.

Bildirilir ki, “Beşiktaş” Benzemanı iki illik icarəyə götürmək istəyir. Hər hansı problem çıxmasa, futbolçu yaxın günlərdə İstanbula gələrək müqavilə imzalayacaq.

Qeyd edək ki, “Real” Benzemanı 2009-cü ildə “Lion”dan 35 milyon avroya alıb. Hazırda “Transfermarkt” ona 35 milyon avro qiymət qoyub.

(fanat.az)

Şərh

Şərh

To Top