Cəmiyyət

Qusarda polis bıçaqlandı

Qusar rayonunda polis serjantı bıçaqlanıb.

 

Məlumata görə, Qusar rayon Polis Şöbəsinin Həzrə polis bölməsinin serjantı, 1981-ci il təvəllüdlü Qayıtmazov Həmidulla Müzafəddin oğlu yaşadığı Cibir kəndində həmkəndlisi, 1974-cü il təvəllüdlü Məcidov Zakir Mirzəbəy oğlunu bıçaqlayıb.

 

Polis əməkdaşı qarın boşluğunun kəsilmiş-cırılmış yarası, bağırsaqların eventrasiyası diaqnozu ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir

(APA)

Şərh

Şərh

To Top